Biz Nə Edirik?
Metal konstruksiyalar, çöl və daxili reklam lövhələri, çap, promo və dekor məhsulları, ərazi maketləri, heykəllər, 3D modellər, neon yazıları, infinity mirror sistemləri və digər vizual kommunikasiya məhsulları
Niyə Az Projects Group?
Çünki biz səthi marketinqdən tamamilə fərqli bir yanaşma ilə çalışırıq: yaradıcılığı strateji düşüncə ilə birləşdirir, lokal mədəniyyəti qlobal innovasiyalarla sintez edirik. AzProjectsGroup komandası hər layihəyə fərdi yanaşır, tövsiyə yerinə “təcrübə” təqdim edir; sadəcə reklam deyil, dərin hiss yaratmağı hədəf qoyur. Bizimlə hər addım — ideyanın “hiss edildiyi” istiqamətə doğru atılan addımdır. Komandamız vizionu, texnologiyanı və estetik dizaynı birləşdirərək markanızı sadəcə tanıdıcı deyil, həm də unudulmaz edir.
Peşəkarlıq
Komandamız hər bir işi texniki və estetik cəhətdən yüksək səviyyədə icra etməyi qarşısına məqsəd qoyur.
Yaradıcılıq
Hər layihəyə unikal yanaşır, standartlardan kənara çıxaraq fərqlilik yaratmağa çalışırıq.
Etibarlılıq
Müştəri məmnuniyyəti və inam bizim üçün əsas göstəricidir. Verdiyimiz sözə və işimizin keyfiyyətinə görə məsuliyyət daşıyırıq.
Haqqımızda
Az Projects Group adı altında artıq illərdir ki, fəaliyyət göstəririk.
Az Projects Group olaraq artıq 8 ildir ki, fəaliyyət göstəririk. Fəaliyyət sahəmizə tədbirlərin təşkil edilməsi, metal konstruksiyaların, çöl və daxili reklam lövhələrinin, çap, promo və dekor məhsullarının, ərazi maketlərinin, heykəllərin, 3D modellərin, neon yazıların, infinity mirror sistemlərinin və digər vizual kommunikasiya məhsullarının hazırlanması daxildir. Portfoliomuzun əsas hissəsini fərdi və özəl sifariş əsasında istehsal olunmuş məhsul və xidmətlər təşkil edir ki, bu da müştərilərin ehtiyaclarına uyğun, fərqləndirici və yaradıcı həllər təqdim etmək məqsədimizi əks etdirir.
Hər layihəyə fərdi yanaşır, sifarişçinin məqsədini və hədəf auditoriyasını nəzərə alaraq vizual və texniki baxımdan effektiv nəticə əldə etməyə çalışırıq. Bizim üçün reklam təkcə görünmək deyil — doğru zamanda, doğru yerdə, doğru şəkildə görünməkdir.
Məqsədimiz — kreativ və funksional həllərlə brendlərin vizual tanıtımını gücləndirmək, şəhər mühitində estetik və innovativ iz qoymaqdır. Hər bir layihədə keyfiyyəti, orijinallığı və peşəkarlığı əsas tutaraq, sifarişçilərimizə dəyər yaradan uzunmüddətli həllər təqdim etmək üçün çalışırıq.
Xidmətlər
Göstərdiyimiz xidmətlərə tam zəmanət veririk.
Çöl reklamları
Sənin barəndə ilk fikri, reputasiyanı reklamın formalaşdırır. Brendinin keyfiyyətini təyin edir. Bizimlə brendini yüksəklərdə tut. Keyfiyyətimiz şablon deyil. İstənilən forma və dizaynda çöl reklamlarını təklif edirik.
Daxili reklamlar
Məkanın daxili göz oxşayan olmalıdır. Bu həmişə mürəkkəbliklə deyil həm də sadəliklə əldə edilə bilər. Əsas olan fikir və ideyadır. İnteryerində düşünülmüş toxunuşlar etməyimizə icazə ver ki unikal olasan!
Metal konstruksiyalar
Paslanmaz poladdan, dəmirdən və digər metaldan istifadə olunaraq hazırlanan məhsulları təklif edirik. Toz boya və avtomobil boyaları ilə boyama xidmətimiz də mövcuddur.
Metal
Dayanıqlıq və dəqiqlik bir arada. Metal konstruksiya işlərimiz möhkəmlik və estetik görünüş üzərində qurulub. Reklam daşıyıcılarından sərgi stendlərinə qədər peşəkar həllər təqdim edirik.
Promo
Markanı görünən et! Bayraqlar, bannerlər, stendlər və digər promo məhsullarla brendinin tanıtımını effektiv və peşəkar şəkildə həyata keçiririk.
Maketlər
Bina və ərazi maketləri daxil olmaqla, səni təmsil edəcək məhsulları yüksək məsuliyyət və dəqiqliklə istehsal edirik. Hüdudları birlikdə aşırıq.
Event
Korporativ tədbirlər, sərgilər və açıq hava festivalları üçün tam təşkilat, dekor və texniki dəstək təqdim edirik. Yadda qalan tədbirlər bizim işimizdir.
İnfinity mirrorlar
Tam fərqli vizual effekt yaradan infinity mirrorlar müştərilərin diqqətini cəlb edir və satışları artırır. Zərbəyə davamlı, təhlükəsiz və çoxfunksiyalıdır.
Plastik neon
Məkana xüsusi aura qatmaq və mesaj vermək üçün ideal həlldir. Estetik, yüngül və kreativ plastik neonlar hazırlayırıq.
Şüşə neon
Klassik və uzunömürlü şüşə neonlar 10 ildən çox istifadə müddəti ilə məkana dəb və fərqlilik qatır.
Vitrinlər
Məhsulun düzgün təqdimatı satışın açarıdır. Diqqət çəkən, estetik və funksional vitrinlər istehsal edirik.
Stendlər
Sərgilər və səyyar satış nöqtələri üçün xüsusi dizaynlı stendlər hazırlayırıq. Göz önündə olmağınız bizim prioritetimizdir.
Heykəllər
Çöl və daxili məkanlar üçün dayanıqlı materiallardan hazırlanan dekorativ və tematik heykəllər təklif edirik.
Yaşıllaşdırma və abadlıq işləri
Süni və təbii qazon döşənməsi, ağac və gül əkini daxil olmaqla açıq məkanlar üçün estetik və funksional həllər təqdim edirik.
Media
Video çəkiliş, foto sessiya, sosial media kontenti və animasiyalarla brendini vizual olaraq gücləndiririk.
Partnyorlar
Əməkdaşlıq etdiyimiz təşkilatlar
Əlaqə
Sizə lazım olan dəstəyi göstərmək üçün buradayıq. Hər zaman suallarınızı cavablandırmağa və kömək etməyə hazırıq
Ünvan
Heydər Əliyev pr. 102
Bizə Zəng Edin
+994 50 275 77 05
Bizə Yazın
info@azprojects.az